“Adobe” məhsullarında 80-dən çox boşluq aradan qaldırılıb
"Adobe" şirkəti "Acrobat" və "Acrobat Reader", "Experience Manager" və "Download Manager" məhsullarında mövcud olan 82 boşluğu aradan qaldırıb.
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, "Acrobat Reader" yeniləməsi ümumilikdə 68 problemi, o cümlədən yaddaşın zədələnməsi, oxuma və yazma və s. ilə əlaqədar əksər boşluqları ləğv edib. Bir sıra boşluqlardan sərbəst kodun yerinə yetirilməsi və informasiyanın açıqlanması üçün istifadə etmək mümkündür.
"Experience Manager Adobe" kontent və mediaməlumatlar idarəetmə sistemində təxminən 10 səhv aradan qaldırılıb. Onlardan istifadə hakerlərə təşkilatın "Experience Manager" mühitinə qanunsuz müdaxiləyə imkan verir.
Bundan başqa, saytlararası senarilərin yerinə yetirilməsində (XSS) məxfi informasiyaya daxil olmağa imkan verən bir boşluq ləğv edilib.
"Windows" əməliyyat sistemi üçün "Download Manager" proqramında "Adobe" tərəfindən təhlükəli həllərlə əlaqədar imtiyazın artırılması üzrə boşluq aradan qaldırılıb.
Şirkət nümayəndələrinin sözlərinə görə, bu boşluqlardan istifadə edən hücumlar hələ ki qeydə alınmayıb.
Nizam Nuriyev
Baxış sayı: 899
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir