12px13px15px17px
Tarix:26/10/19

İsveç polisinə casus proqramından istifadəyə icazə verilib

Bu həftə İsveçin hüquq-mühafizə orqanları şifrlənmiş rabitə əlaqəsini ələ keçirmək üçün şübhəli cihazlara casus proqramı quraşdırmaq  səlahiyyətinə yiyələniblər.  Bu barədə İsveçin Daxili İşlər naziri Mikael Damberq məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, şifrlənmiş rabitə əlaqəsini ələ keçirmək üçün polisin hüquqi və texniki imkanlarla təmini prioritet məsələ olub. Nazir izah edib ki, “Signal” və “WhatsApp” kimi xidmətlərdən istifadə edərək öz fəaliyyətlərini quran cinayətkar qruplar texniki baxımdan polisdən bir addım öndə idilər. O bildirib ki, son bir neçə ildə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ələ keçirilmiş bütün rabitə əlaqələrinin 90%-i şifrlənib.
 
Emil Hüseynov



Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024