“Raccoon” zərərli proqramı 100 mindən çox qurğunu yoluxdurub
İnformasiya oğurluğu üçün yaradılan “Racoon” adlı yeni zərərli proqram təminatı kibercinayətkarlar arasında sürətlə populyarlıq qazanır.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Cybereason Nocturnus” tədqiqatçılarının sözlərinə görə, virus bir neçə ay ərzində dünyada yüz minlərlə mobil qurğunu yoluxdurmaqla qurbanların kredit kartı və elektron poçt və s. məlumatlarını oğurlayıb.
Zərərli proqram təminatı mürəkkəb və ya innovativ olmasa da, “Zərərli proqram təminatı xidmət kimi” (MaaS) modeli üzrə yayılma kibercinayətkarlara pul qazanmaq üçün tez və sadə üsul təqdim edir. “Raccoon” artıq “gizli” internetdə ən çox sadalanan zərərli proqram onluğuna daxil olub.
İlk dəfə 2019-cu ilin aprelində aşkarlanan zərərli proqram təminatı “C ” dilində yazılıb və bir neçə potensial çatdırılma metodundan istifadə edir.
Quraşdırmadan sonra “Raccoon” sistemlərdə kredit kartları, kriptovalyuta pul kisəsi, parollar, elektron məktublar, “cookie” fayl, populyar brauzer məlumatları (o cümlədən kredit kartı haqqında saxlanan məlumat, URL ünvanı, istifadəçi adları və parollar) haqqında informasiyanın mövcudluğunu yoxlayır və sonra onları operatora göndərir.
Rusdilli kibercinayətkarlar tərəfindən hazırlandığı ehtimal olunan zərərli proqram təminatı əvvəlcə rusdilli forumlarda satılmasına baxmayaraq hazırda ingilisdilli forumlarda da təklif edilir.
Nizam Nuriyev
Baxış sayı: 674
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir