Rusiya Daxili İşlər Nazirliyində kibercinayətkarlıqla mübarizə üzrə bölmələr yaradılacaq
Rusiya Daxili İşlər Nazirliyi kibercinayətkarlıqla mübarizə üzrə yeni bölmələr yaradacaq. Bu barədə nazirlik rəsmisi İrina Volk bildirib.
"ICTnews" Elektron Xəbər Xidməti "RBC" resursuna istinadən yazır ki, məlumata görə, Rusiya Daxili İşlər naziri polis generalı Vladimir Kolokolsev kollegiya iclasının yekunları üzrə nazirlik strukturunda informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin qarşısının alınmasında ixtisaslaşacaq bölmələrin yaradılması ilə bağlı qərar qəbul edib.
Yeni bölmələr mövcud ştat sayı həddində sahə prinsipi üzrə formalaşdırılacaq. Bölmələrin həm DİN-in mərkəzi aparatında, həm də onun ərazi orqanlarında yaradılması nəzərdə tutulur.
Nazir operativ baş komitə, istintaq şöbələri və ibtidai araşdırma idarələrinin rəhbərlərinə yeni bölmələrin struktur, səlahiyyət və funksiyalarını müəyyənləşdirəcək sənədləri hazırlamağı tapşırıb.
Bundan başqa, Rusiya DİN-in Xüsusi Texniki Tədbirlər Bürosunun, eləcə də onun regional səviyyədə bölmələrinin ştatının artırılması planlaşdırılır.
Nazirliyin mərkəzi aparat bölmələrinin ştat cədvəlinə düzəlişlərin edilməsi ilə bağlı əmr dekabrın 30-dək hazır olacaq.
Nizam Nuriyev
Baxış sayı: 684
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir