12px13px15px17px
Tarix:14/11/19

“Facebook”da yarım ildə 3 milyarddan çox saxta hesab silinib

“Facebook” sosial şəbəkəsi və “Instagram” üzərində hüquqlara sahib olan ABŞ-ın “Facebook” korporasiyası 2019-cu ilin aprel-sentyabr aylarında təxminən 3,2 milyard saxta hesab silib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, "Biz son iki rübdə saxta hesabların yaradılmasının qarşısını daha səmərəli almışıq" – “Facebook”un nümayəndəsi deyib.

 

Şirkətin nümayəndələri, həmçinin məlumat veriblər ki, aprel-sentyabr aylarında zəhlətökən reklamdan ibarət 4,1 milyarddan çox mesaj və zorakılıq hadisələrinə aid 54,5 milyon post silinib.

 

Hesabatda, həmçinin “Instagram”da silinmiş məzmun haqqında məlumatlar göstərilib.

 

Son illərdə “Facebook” rəhbərliyi istifadəçilərin fərdi məlumatlarının müdafiəsi üçün lazımi tədbirlər görməməkdə ittiham edilirdi.

 

Emil Hüseynov





Baxış sayı: 632

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024