12px13px15px17px
Tarix:23/11/11

İctimai Televiziya və Radio Yayımları Şirkətinin internet saytı hakerlərin hücumuna məruz qalıb

Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətinin www.itv.az internet saytı hakerlərin hücumuna məruz qalıb. Bildirilib ki, kənar müdaxilə nəticəsində 14 sentyabr 2011-ci il tarixdə yerləşdirilmiş “Azərbaycanın yeni böyük atlası tərtib ediləcək” başlıqlı xəbərin fotosu-Azərbaycanın xəritəsi dəyişdirilib.

Hakerlər saytda Azərbaycanın təhrif olunmuş xəritəsini yerləşdiriblər. Həmin xəritədə isə işğal altında olan torpaqlarımız Ermənistan ərazisi kimi göstərilir.

İTV bildirir ki, bu, xakerlərin itv.az saytına məqsədli şəkildə etdiyi ilk hücum deyil. Hadisənin necə törədildiyi araşdırılır. Telekanal dövlət və qeyri-hökumət təşkilatlarından araşdırmalara yardım göstərməyi xahiş edir.



Baxış sayı: 2406

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024