12px13px15px17px
Tarix:18/11/19

Milyonlarla “Android” smartfonunun sahibi təhlükə qarşısındadır

“Android” sisteminin idarəetməsi altında işləyən qurğularda istifadə olunan “Qualcomm” prosessorlarında istifadəçilərin məlumatını oğurlamağa imkan verən boşluq aşkar edilib. Bu haqda “CheckPoint” şirkətinin mütəxəssisləri məlumat veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, aşkar edilmiş boşluqlar parol, kart məlumatları və şifrləmə açarları kimi vacib məlumatları qoruyan “Qualcomm Secure Execution Environment” sahəsinə aiddir. Nəticədə cinayətkarlar yalnız məxfi məlumatları ələ keçirməklə kifayətlənmir, həm də qurğuya müdaxilə edə bilərlər.

 

Mütəxəssislər sınaqlar zamanı “Samsung”, həmçinin “LG” və “Motorola”nın aparatlarında yalnız 4 problem aşkar ediblər. “CheckPoint” şirkətinin mütəxəssisləri boşluqlar haqqında məlumatları şirkətlərə göndəriblər, onlar da öz növbəsində həmin problemləri aradan qaldırıblar.

 

Emil Hüseynov





Baxış sayı: 596

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024