İnternet istifadəçilərinin yoluxdurulmasının ən populyar üsulu müəyyənləşdirilib
İnternet istifadəçilərinin yoluxdurulmasının ən populyar üsulu elektron poçtla məktub göndərilməsi, daha dəqiq isə bərkidilmiş fayl şəklində olan arxivlərdir. Bu haqda “Group-IB” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, cinayətkarlar təhlükəsizlik sistemlərinə müdaxilə üçün mütəmadi olaraq arxiv (əksər hallarda “zip” və “rar”) formatından istifadə etməyə başlayıblar. Təhlükəli faylların yüklənməsi üçün linklər, həmçinin populyar yoluxdurma üsulu olaraq qalır, amma məktuba bərkidilmiş sənədlər öndədir. Virusların yalnız 29%-i elektron məktublarla göndərilən linklərin, 71%-i isə bərkidilmiş faylların payına düşür.
Hakerlər antivirus sistemlərini aldatmaq üsulunu tapıblar: məktubun iş saatından sonra göndərilməsi və linkin müvəqqəti olaraq əlçatmazlığı. Belə məktub təhlükəsiz kimi qəbul edilir və göndərilir. Bundan sonra cinayətkarlar linki aktivləşdirərək kompüterin yoluxdurulması riskini artırmış olurlar.
Mütəxəssislərin məlumatına görə, zərərverici proqram təminatının yalnız hər 19-cu yüklənməsi elektron poçt göndərişi ilə bağlı deyil. Araşdırma 2019-cu ilin birinci yarımilliyində dünyanın 60 ölkəsindən alınmış məlumatlar əsasında tərtib edilib.
Emil Hüseynov
Baxış sayı: 852
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir