12px13px15px17px
Tarix:21/11/19

Dünya dövlət təşkilatlarının “DNS” hücumlarına görə illik itkiləri milyon dollarla ölçülür

"EfficientIP" tədqiqat şirkəti Şimali Amerika, Avropa və Asiya-Sakit okean regionunun min aparıcı informasiya texnologiyaları korporasiyası arasında sorğu apararaq dünyada dövlət təşkilatlarının "DNS" hücumları nəticəsində illik orta hesabla 7 milyon dollara yaxın vəsait itkisi ilə üzləşməsini müəyyənləşdirib. Bu barədə "IDC 2019 Global DNS Threat Report" hesabatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, sorğu nəticələrinə görə, bütün dünyanın dövlət təşkilatları ildə təqribən 12 "DNS" hücumunun qurbanı olur ki, onun da hər biri 1,5 milyon və ya ümumilikdə 6,7 milyon dollar ziyan vurur. Maliyyə itkilərinin əksər hissəsi işdə fasilələrin yaranması və məlumatların oğurlanması ilə əlaqədardır.

 

Respondentlərin 51 faizi son bir ildə "DNS" hücumları nəticəsində dəfələrlə proqramlardan istifadə edə bilməməsini, 43 faizi isə "bulud" servislərinin işində nasazlıqların yaranmasını bildirib. Rəyi soruşulanların 41 faizi müdaxilə edilmiş internet saytlarından ziyan çəkib ki, bu da məlumatların təhlükəsizliyini təhdid altına alıb. Respondentlərin 19 faizi "DNS" vasitəsilə məxfi informasiya və ya İP ünvanlarının oğurlanmasını deyib.

 

Rəyi soruşulanların 51 faizi hücumların qarşısını almaq üçün serverləri söndürmək məcburiyyətində qalıb ki, bu da insidentlərə reaksiya və onlara hazırlıq səviyyəsinin aşağı olmasından xəbər verir. Respondentlərin 32 faizinin sözlərinə görə, dövlət təşkilatlarında "DNS" sistemlərinin təhlükəsizliyi aşağı və ya orta səviyyədədir.

 

Nizam Nuriyev





Baxış sayı: 644

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024