1 milyarddan çox sosial şəbəkə istifadəçisinin məlumatı internetə sızıb
Kibertəhlükəsizlik üzrə amerikalı mütəxəssis Vinni Troyya 1,2 milyard sosial şəbəkə istifadəçisi haqqında informasiyadan ibarət məlumat bazasını aşkar edib. Bu haqda “Wired” nəşri məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, mütəxəssisin sözlərinə görə, sözügedən fayl “Google Cloud” bulud xidmətində saxlanılıb. Mütəxəssis faylı yükləyənin kimliyini öyrənə bilməyib. Bu halda məlumat bazasında parol, bank kartlarının nömrələri və ya təhlükəsizlik kodları kimi mühüm məlumatlar olmayıb.
Troyya deyib ki, bazada “Twitter”, “Facebook”, “LinkedIn” və “GitHub” xidmətlərindən istifadə edənlərin profillərindəki informasiya yerləşdirilib.
Nəticədə onların ev və mobil telefonları (təxminən 50 milyon nömrə), məşğulluq tarixçəsi və elektron poçt ünvanları internetdə əlçatandır. Faylların adı informasiyanın çox hissəsinin ABŞ-ın “People Data Labs” şirkətinə aid olduğunu göstərir.
Emil Hüseynov
Baxış sayı: 738
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir