Kibermütəxəssislər ilin ən qorxulu tendensiyasını açıqlayıblar
Kiberhücumların qarşısının alınması üzrə ixtisaslaşmış beynəlxalq “Group-IB” şirkətinin mütəxəssisləri açıq hərbi əməliyyatlarda kibersilahdan istifadəni 2019-cu ilin ən qorxulu tendensiyası adlandırıblar. Bu haqda şirkətin Sinqapurda keçirilmiş “CyberCrimeCon” kibertəhlükəsizlik konfransında təqdim edilmiş hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, "2017-ci il “WannaCry”, “NotPetya” və “BadRabbit” kimi şifrləyici viruslar ili kimi, 2018-ci il “side-channel” tipi hücumlara və mikroprosessorlarda aşkar edilmiş boşluqlarla bağlı təhdidlərə zəif hazırlıqla yadda qalıb. Lakin 2019-cu il açıq hərbi kiberəməliyyatlar ili oldu" – “Group-IB” şirkətinin texniki direktoru Dmitri Volkov deyib.
O, dövlətlərarası münaqişələrin yeni forma aldığını və kiberfəaliyyətin bu qarşıdurmada aparıcı rol oynamağa başladığını bildirib. "Tədqiqatçıların diqqəti müxtəlif təşkilatlara hücum edərək pul qazanan maliyyə yönümlü haker qruplarından tədricən dövlət tərəfindən maliyyələşdirilən hakerlərə tərəf yönəlir" – Volkov deyib.
Volkov Venesueladakı “blekaut”u siyasi məqsədlər üçün kibersilahdan istifadəyə nümunə kimi göstərib. Kiberməkanda manipulyasiyalar, məsələn, müxtəlif ölkələrdə internetin kəsilməsi sosial və iqtisadi zərər, həmçinin dövlətlərdə vəziyyəti gərginləşdirməklə nəticələnə bilər.
Emil Hüseynov
Baxış sayı: 758
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir