12px13px15px17px
Tarix:03/12/19

Zərərli reklamın 61 faizi “Windows” sisteminə ünvanlanıb

İnformasiya təhlükəsizliyi sahəsində texnologiyaların hazırlanmasında ixtisaslaşan "Devcon" şirkəti zərərli reklam elanlarına həsr edilən tədqiqatın nəticələrini dərc edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, istifadəçilərin təhlükəli saytlara və virusların yüklənilməsinə yönləndirilməsi üçün nəzərdə tutulan reklam kampaniyalarının təxminən 61 faizi "Windows" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulara ünvanlanıb. Belə cinayətlər arasında ikinci ən populyar platforma 22,5 faiz nəticə ilə "Chrome OS" olub.

 

Zərərli reklamın təqribən 10,5 faizi "macOS" sistemi istifadəçilərinə qarşı yönəlib. "iOS", "Android", "iPadOS" və "Linux" əməliyyat sistemlərinin payı müvafiq olaraq 3,2, 2,1, 0,8 və 0,3 faiz təşkil edir. Tədqiqat 11 iyul – 22 noyabr 2019-cu il tarixlərində aparılıb.

 

Zərərli reklamın əksər hissəsinin "Windows" sisteminə yönəlməsi faktı ekspertlər tərəfindən bu əməliyyat sisteminin bazarda mütləq liderliyi ilə izah edilir.

 

Kibertəhlükəsizlik üzrə mütəxəssislər xəbərdarlıq edir ki, son vaxtlar "Ads Blocker" bir sıra reklam bloklayıcıları virus rolunu oynamağa başlayıb. Bu, ilk növbədə qeyri-rəsmi resurslardan yüklənilən proqramlara aiddir.

 

Yeni zərərli proqramlar tipi ekspertlər tərəfindən "FakeAdsBlock" adlanır. Artıq belə viruslar minimum 500 istifadəçini yoluxdurub.

 

Nizam Nuriyev





Baxış sayı: 717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024