12px13px15px17px
Tarix:12/12/19

Bu antivirus istifadəçiləri izləyir

Pulsuz "Avast" antivirus proqram təminatı istifadəçilərin məlumatını toplayaraq onları satırmış. Bu haqda şirkətin baş direktoru Ondrej Vlçekə istinadən "Forbes" nəşri yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, onun sözlərinə görə, Çexiyanın populyar 400 milyon istifadəçisinin məlumatları həqiqətən satılırdı, ancaq ilk öncə ad, URL ünvan və başqa şəxsi informasiya silinirdi. Vlçek dəqiqləşdirib ki, istifadəçilərin internetdəki aktivliyi "Avast" brauzerinin genişlənmələrinin köməyi ilə izlənilib, bundan sonra "Jumpshot" şirkəti anonim məlumatları təhlil edirdi.

 

Bu səbəbdən bir neçə brauzer "Avast"ı casus proqram təminatı kimi tanıyıb. Şirkətin proqram təminatı, hətta "Mozilla" və "Opera" genişlənmələr mağazasından silinib.

 

Emil Hüseynov





Baxış sayı: 722

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024