Tarix:14/01/20
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, məlumata görə, ötən il həm aktual olan, həm də əvvəlki illərdə buraxılan modellər saxtalaşdırılıb. Statistikada smartfonların məhsuldarlığının yoxlanılması üçün proqramın işə salındığı modellər yer alıb. Antireytinqdə populyarlığına görə ilk yerləri “Samsung” və “Apple” tutub. Bu brendlərin saxta qurğularının payı müvafiq olaraq 28,7 və 15,88 faiz təşkil edib.
Saytın versiyasına görə ən çox saxtalaşdırılan model Çində böyük populyarlıq qazanan “Samsung W2018” smartfonu olub. “Master Lu” saytında bu brendli saxta qurğular 4688 dəfə qeydə alınıb. İkinci yerdə “Apple iPhone 8”, üçüncüdə “iPhone XS Max” (müvafiq olaraq 4445 və 2499 dəfə) qərarlaşıb.
Antireytinq onluğuna, həmçinin “iPhone X”, “Samsung W2019”, “Galaxy S8+”, “Xiaomi Mi Max”, “Mi 9”, “OPPO R11 Plus” eləcə də “OnePlus 7 Pro” modelləri daxildir. İl ərzində “Master Lu” əlavəsi vasitəsilə ümumilikdə 6 639 704 smartfon test edilib. Onun nəticəsində 57 790 qurğunun saxta olması aşkarlanıb.
Nizam Nuriyev
Ötən il ən çox saxtalaşdırılan smartfonlar açıqlanıb
Çinin “Master Lu” saytında 2019-cu ildə saxta qurğu istehsalçıları arasında ən çox tələb olunan smartfoların reytinqi dərc edilib. Siyahıya həm brendlər, həm də müxtəlif istehsalçılara məxsus qurğular daxildir.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, məlumata görə, ötən il həm aktual olan, həm də əvvəlki illərdə buraxılan modellər saxtalaşdırılıb. Statistikada smartfonların məhsuldarlığının yoxlanılması üçün proqramın işə salındığı modellər yer alıb. Antireytinqdə populyarlığına görə ilk yerləri “Samsung” və “Apple” tutub. Bu brendlərin saxta qurğularının payı müvafiq olaraq 28,7 və 15,88 faiz təşkil edib.
Saytın versiyasına görə ən çox saxtalaşdırılan model Çində böyük populyarlıq qazanan “Samsung W2018” smartfonu olub. “Master Lu” saytında bu brendli saxta qurğular 4688 dəfə qeydə alınıb. İkinci yerdə “Apple iPhone 8”, üçüncüdə “iPhone XS Max” (müvafiq olaraq 4445 və 2499 dəfə) qərarlaşıb.
Antireytinq onluğuna, həmçinin “iPhone X”, “Samsung W2019”, “Galaxy S8+”, “Xiaomi Mi Max”, “Mi 9”, “OPPO R11 Plus” eləcə də “OnePlus 7 Pro” modelləri daxildir. İl ərzində “Master Lu” əlavəsi vasitəsilə ümumilikdə 6 639 704 smartfon test edilib. Onun nəticəsində 57 790 qurğunun saxta olması aşkarlanıb.
Nizam Nuriyev
Baxış sayı: 896
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir