12px13px15px17px
Tarix:28/01/20

Saxta “AirPods” qulaqcıqlarının təhlükəsi məlum olub

Ekspertlər saxta “Apple” qulaqcıqlarının təhlükəli olmasını açıqlayıblar. Tədqiqat Fransanın “60 million consumers” nəşrinin saytında dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, saxta “AirPods Pro” qulaqcıqlarının əsas təhlükəsi kimi qarniturun səs ucalığının yüksək olması göstərilir. Çin mağazasında sifariş edilən simsiz qulaqcıqda jurnalistlər tərəfindən səs ucalığı 10 desibel səviyyəsində qeydə alınıb ki, bu da tövsiyə edilən limitdən 10 desibel çoxdur. Nəşr nümayəndələrinin fikrincə, müəyyən müddətdən sonra qulaqcıq eşitmə qabiliyyətinin pozulmasına səbəb ola bilər.

 

Test çərçivəsində “60 million consumers” nəşri dördü rəsmi satıcı tərəfindən çatdırılan yeddi cüt qulaqcıq sifariş edib. Bununla yanaşı, alınan dörd cütün biri işlək vəziyyətdə olmayıb. Jurnalistlər saxta qurğuların xarici görünüşünə görə orijinala çox bənzəməsinə diqqət yetiriblər. Bundan əlavə, aksesuarlara orijinal “AirPods” qulaqcıqlarının çiplərinin quraşdırılması səbəbindən “iPhone” smartfonu saxta qarniturları səhvən orijinal qarniturlar kimi müəyyənləşdirib.

 

Jurnalistlərin qiymətləndirməsinə görə, bazarda saxta qulaqcıqların başlanğıc qiyməti 65 avro təşkil etdiyi halda Fransa və Avropada orijinal “AirPods Pro” qulaqcığının qiyməti 279 avroya bərabərdir.

 

Nizam Nuriyev





Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024