Azərbaycan İsraildə keçirilən "CyberTech Global 2020" konfransında iştirak edir
İsrailin paytaxtı Təl-Əvivdə "CyberTech Global 2020" beynəlxalq sərgi-konfransı işə başlayıb.
Konfransın açılışını İsrailin Baş naziri Benyamin Netanyahunun etməsi gözlənilsə də, onun ABŞ-da olması səbəbindən bu baş tutmayıb. Odur ki, hökumət başçısının videomüraciəti nümayiş etdirilib.
Daha sonra tədbirdə bu il ilk dəfə “5G” texnologiyası və onun üzərindən həyata keçirilən kiberhücumlar haqqında məlumat verilib.
Ümumilikdə 18 minə yaxın iştirakçının qatıldığı sərgi-konfransda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov təmsil edir.
Konfransda çıxış edən İsrailin Elektrik Korporasiyasının İdarə Heyətinin rəhbəri Yiftah Ron-Tal qeyd edib ki, hazırda dünyada 1 milyarddan artıq insan elektrik enerjisi olmadan yaşayır: "Bu isə bizi "yaşıl enerji" ilə bağlı fəaliyyətimizi genişləndirməyə sövq edir".
İsrail rəsmisinin fikrincə, kiberhücumlara qarşı mübarizə aparmaq üçün ən effektiv addımlardan biri bu sahədə fəaliyyət göstərən startapların dəstəklənməsidir: "Təkcə 2019-cu ildə İsraildə kibertəhlükəsizlik üzrə 12 startapa 1,9 milyard ABŞ dolları investisiya yatırılıb".
Dünya üzrə kiberhücumların aktivliyindən danışan Yiftah Ron-Tal hər saniyədə 11 mindən artıq hücum qeydə alındığını açıqlayıb.
Baxış sayı: 490
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir