12px13px15px17px
Tarix:03/02/20

“Windows 10” sistemi üçün ən yaxşı antivirusların reytinqi tərtib edilib

Müstəqil “AV-Test” təşkilatının mütəxəssisləri 2019-cu ilin sonuna olan vəziyyətə görə “Windows 10” sistemi üçün ən yaxşı antivirus proqramlarının yeni reytinqini dərc ediblər. Araşdırma zamanı 30-dan çox antivirus sınaqdan keçirilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, qiymətləndirmə bir neçə meyar üzrə keçirilib: müdafiə, məhsuldarlıq və istifadə rahatlığı. 5-dən yuxarı bal toplayan antivirusların hər bir seçilmiş cədvəl üzrə yüksək göstəricilərə malik olması hesab edilir. Maksimal bal 6-ya bərabərdir.

 

Aşağıdakı antiviruslar ən çox bal toplayıb: “Bullguard Internet Security”, “Kaspersky Internet Security” və “Norton Security”. Növbəti yerləri “AhnLab V3”, “Avast Free Antivirus”, “Avira Pro 15”, həmçinin standart “Windows Defender” antivirusları tutublar.

 

Emil Hüseynov





Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024