12px13px15px17px
Tarix:10/02/20

“Windows 7” istifadəçiləri yeni problemlə üzləşiblər

"Windows 7" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların istifadəçiləri kompüterin söndürülməsi və ya yenidən yüklənilməsi zamanı ekranda "You don’t have permission to shut down this computer" ("Sizin bu kompüteri söndürmək hüququnuz yoxdur") bildirişinin görünməsi ilə bağlı problemlə üzləşiblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, son bir neçə gündə "Reddit", "Twitter" kimi sosial şəbəkələrdə bununla bağlı şikayətlər dərc edilir və müzakirələr aparılır.

 

"Microsoft" şirkəti problemin mövcudluğunu etiraf etməsə də, istifadəçilər tərəfindən məsələ ilə əlaqədar bir sıra fikirlər irəli sürülür. Onların fikrincə, nasazlıqla bağlı mümkün səbəblərdən biri qrup şəklində siyasətdə "User Account Control" ("Hesabların idarə olunması") təhlükəsizlik komponentinin düzgün işləməməsi ilə əlaqədar ola bilər.

 

"Microsoft" tərəfindən məsələyə rəsmi reaksiyanın verilməməsinə görə istifadəçilər problemin müvəqqəti həlli üçün öz variantlarını təklif edirlər. Məsələn, bu üsullardan birini "Quick Heal" (üsul yalnız Windows 7 Professional, Ultimate və Enterprise versiyaları üçün işləyir) qrupu dərc edib.

 

İkinci təklif edilən metod daha bir inzibatçı hesabının yaradılmasını, onda (və ya sistemdə mövcud olan digər hesabda) avtorizəni, inzibatçının defolt hesabında təkrar avtorizəni və kompüterin söndürülməsini və ya yenidən işə salınmasını nəzərdə tutur. Lakin qeyd olunan əməliyyatları fərdi kompüterin yenidən yüklənilməsi və ya söndürülməsi zamanı hər dəfə təkrar etmək tələb olunur.

 

Öz növbəsində bir sıra istifadəçilərin məlumatına görə, problemi "CTL ALT DEL" birləşməsi və ekranın sağ küncündə yerləşən qırmızı işarənin üstünə basmaqla həll etmək mümkündür.

 

Nizam Nuriyev





Baxış sayı: 539

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024