12px13px15px17px
Tarix:10/02/20

İnternet fırıldaqçıları tərəfindən istifadə edilən ən "təhlükəli" brendlər məlum olub

"Check Point" təhlükəsizlik şirkətinin mütəxəssisləri istifadəçilərin məlumatlarını oğurlamaq məqsədilə cinayətkarlar tərəfindən adından istifadə edilən brendlərin reytinqini tərtib ediblər. Fişinq cəhdlərinin ümumi sayına görə "Facebook" lider (18%) olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, internet fırıldaqçılarının 10%-i istifadəçilərin məlumatlarını ələ keçirmək üçün "Yahoo" xidmətlərini, 5%-i "Netflix" onlayn kinoteatrı və "PayPal" ödəmə sisteminin saytlarından istifadə edirlər. Fişinq cəhdlərinin 3%-i "Microsoft" və "Spotify", 2%-i isə "Apple", "Google", "Chase" və "Ray-Ban" şirkətlərinin payına düşür.

 

Əksər hallarda (48%) istifadəçiləri saxta veb saytlar vasitəsilə aldatmağa çalışırlar. Hücumların 27%-i elektron poçt, 25%-i isə mobil qurğular vasitəsilə həyata keçirilir.

 

Emil Hüseynov





Baxış sayı: 574

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024