12px13px15px17px
Tarix:15/02/20

“Windows” sistemi viruslardan yaxşı qorunur

"Malwarebytes" şirkəti kompüterlər üçün təhlükəsizlik təhdidləri üzrə hesabat dərc edərək "Windows" əməliyyat sisteminin "macOS" ilə müqayisədə viruslardan daha yaxşı qorunmasını açıqlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, 2019-cu ildə "Apple" kompüterləri üçün virus təhlükələrinin sayı 400 faiz artıb: "macOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən hər kompüter üçün 11 təhlükə qeydə alınıb. "Windows" sistemli fərdi kompüterlərdə bu göstərici 5,8 təşkil edib.

 

Şirkət mütəxəssisləri tərəfindən viruslarla yanaşı, fırıldaqçı, məlumat toplayan kimi zərərli proqram təminatı nəzərə alınıb.

 

Hesabatda, həmçinin qeyd olunur ki, "macOS" istifadəçiləri "Windows" sistemli fərdi kompüter sahiblərinə nisbətən virusa yoluxma potensialına daha çox əhəmiyyət verməyərək quraşdırılmış mühafizə sistemlərinə etibar edirlər.

 

Nizam Nuriyev





Baxış sayı: 921

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024