“WhatsApp” istifadəçi məlumatlarının ötürülməsində ittiham edilir
"Anonymous" və "LulzSec" qruplaşmalarının əvvəlki liderlərindən biri, "Topiary" kimi tanınan keçmiş haker Ceyk Devis "Twitter" səhifəsində "WhatsApp" messencerində bütün istifadəçilər barədə çoxsaylı məlumatın saxlanılmasını və bu informasiyanın xüsusi xidmət orqanlarına ötürülməsini bildirib.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, onun sözlərinə görə, fərdi məlumatların mühafizəsi haqqında ümumi reqlamentə uyğun olaraq məlumatlardan istifadə üçün sorğu verilən zaman istifadəçiyə onun bütün kontaktlarının və daxil olduğu qrupların adlarının siyahısı göndərilə bilər. Orada istifadəçinin indiyədək istifadə etdiyi bütün telefonların həm köhnə, həm də yeni məlumatları saxlanılır.
Kibertəhlükəsizlik üzrə mütəxəssis qeyd edib ki, bütün bu informasiyanın dövlətlərin xüsusi xidmət orqanlarına ötürülməsi ehtimalı yüksəkdir. "Onlar bir-biri ilə ünsiyyət saxlayan və üzv olunan qruplardan ibarət böyük şəbəkəyə nəzarət edə bilirlər", – o qeyd edib. Onun sözlərinə görə, informasiya etirazçı və hakimiyyəti tənqid edən şəxslərin müəyyənləşdirilməsi üçün istifadə oluna bilər.
Həmçinin vurğulanır ki, şübhəli ad və məzmunlu qrupa daxil edilmə riski mövcuddur.
Mütəxəssis bunun "WhatsApp" tərəfindən hakimiyyətə məlumatların ötürülməsi ilə bağlı ehtimala əsaslanan şəxsi qənaətinin olmasını bildirsə də, xüsusi xidmət orqanlarının müəyyən dərəcədə belə imkana malik olmasına əminliyini ifadə edib.
Nizam Nuriyev
Baxış sayı: 579
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir