Aİ ölkələrində kiberhücumlara sürətli reaksiya üçün qrup yaradılıb
Altı Avropa İttifaqı (Aİ) ölkəsi arasında Kibernetik Sürətli Reaksiya Qüvvələrinin (CRRTs) yaradılması haqqında memorandum imzalanıb. Bu barədə “BNS” agentliyi Litva Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, Litvanın rəhbərlik etdiyi birliyə Niderland, Polşa, Rumıniya, Xorvatiya və Estoniya daxildir. Daha yeddi ölkə (Fransa, İtaliya, İspaniya, Belçika, Finlandiya, Yunanıstan və Sloveniya) qrupa müşahidəçi statusunda qoşulub.
Məlumata görə, müvafiq sənəd Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa İttifaqı Müdafiə nazirlərinin qeyri-rəsmi görüşü zamanı altı ölkə nümayəndələri tərəfindən imzalanıb. Sənəddə kiberqoşunların fəaliyyəti üçün hüquqi əsas təsvir olunub, eləcə də beynəlxalq komandaların iş mexanizmi, onların rolu və hüquqi statusu müəyyənləşdirilib.
Saziş hər dövlətdə haker təhdidlərini virtual izləyərək onlara vaxtında reaksiya verəcək hərbçi və mülki mütəxəssislərin iştirakı ilə beynəlxalq mərkəzin yaradılmasını nəzərdə tutur. Zərurət yaranacağı təqdirdə ekspertlər kibertəhdidlərin aradan qaldırılması və araşdırılmaların aparılması üçün virtual ilə yanaşı, fiziki qoşulacaqlar.
Nizam Nuriyev
Baxış sayı: 555
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir