12px13px15px17px
Tarix:31/03/20

“Apple” koronavirus üzrə resurslar istifadəyə verib

“Apple” şirkəti bir sıra dövlət müəssisələri ilə birlikdə insanların koronavirus infeksiyası ilə bağlı vəziyyət barədə məlumatlandırılması üçün alət hazırlayıb. O, simptomları analiz etməyə və mümkün xəstəliyə tutulmaq barədə məlumat verməyə imkan yaradır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, yeni alət sayt və proqram şəklindədir. İş üçün avtorizə kimi, “Apple” qurğusu tələb olunmur. Sayt məlumatlarının kənar mənbələrə ötürülməyəcəyi bildirilir.

 

Məlumata görə, alətdən istifadə üçün bu və ya digər simptomlar, xəstəliyə yoluxan insanlarla mümkün kontaktlar və s. haqqında bir neçə sualı cavablandırmaq lazımdır. Bundan sonra sistem istifadəçini daha sonra nəyi etməli olması ilə bağlı tövsiyələrin əks olunduğu səhifəyə yönləndirir. Oxşar imkan artıq “Siri” köməkçi funksiyası tərəfindən dəstəklənir.

 

Nizam Nuriyev





Baxış sayı: 949

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024