Pandemiya şəraitində özünütəcrid torrent trafikinin artımına təsir edib
“TorrentFreak” portalı koronavirus infeksiyası (COVID-19) pandemiyasına görə özünütəcrid şəraitində torrent trafikinin artmasını açıqlayıb. Artım tendensiyası ümumi göstəricilərdə yaxşı müşahidə edilsə də, ayrı-ayrı ölkələrin trafikinin analizində müəyyən fərqlər aşkarlanıb.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, İtaliya pandemiyadan ciddi ziyan çəkən ilk Avropa ölkəsi olub. Bu təhlükəyə cavab olaraq hökumət martın 9-dan ciddi izolyasiya rejimi tətbiq edib. Mütəxəssislərin sözlərinə görə, yükləmə və məlumatlar paylayan unikal İP ünvanlarının sayı özünütəcridin tətbiq edildiyi ilk gündə rekord göstəriciyə çatıb, daha sonra bir neçə gün ərzində artmaqda davam edib. Məsələn, martın 8-də yükləmə və İP ünvanlarının sayı müvafiq olaraq 592 və 213 min təşkil edib, bir həftə sonra 810 və 304 minədək artıb.
Oxşar vəziyyət bir neçə gün sonra İspaniya, Cənubi Amerika, Cənubi Afrika, Səudiyyə Ərəbistanı və Fransada da müşahidə edilib, həmçinin izolyasiyanın tətbiqi ilə eyni vaxta təsadüf edib. Həmin gün göstəricilər rekord səviyyəyə çataraq həftə ərzində artmaqda davam edib.
Ekspertlər tərəfindən yükləmə və İP ünvanlarının Böyük Britaniyada da artması qeyd olunur, lakin bu, güclü effektə malik olmayıb. Bunun insanlara hələ də evi sərbəst tərk etməyə icazənin verilməsi ilə əlaqədar olması ilə izah edilir.
Niderland, İsveç və ABŞ istisnalıq təşkil edib. Mütəxəssislər tərəfindən yükləmə və İP ünvanlarının sayında cüzi artım qeydə alınıb.
Asiyada ümumi mənzərə digər regionlardan bir qədər fərqlənir. Çin və Cənubi Koreyada fayl mübadilə saytlarından istifadə sayı kəskin artıb, lakin yükləmə və İP ünvanlarının göstəriciləri dəyişməz qalıb. Sinqapurda isə torrent trafiki ciddi təhlükəsizlik tədbirləri tətbiq edilməzdən əvvəl artmağa başlayıb.
Nizam Nuriyev
Baxış sayı: 576
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir