12px13px15px17px
Tarix:20/04/20

“COVID-19” tədqiqat mərkəzlərinə kiberhücumlar artıb

ABŞ Federal Təhqiqatlar Bürosu direktoru köməkçisinin müavini Tonya Uqorets koronavirus infeksiyasının (COVID-19) tədqiqi ilə məşğul olan elmi mərkəzlərə kiberhücumların sayının artmasını açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “The New York Times” nəşrinin məlumatına görə, cinayətkarlar xarici dövlət orqanlarının adı altında fəaliyyət göstərir.

 

“Tərəfimizdən xüsusilə koronavirus infeksiyasının tədqiqi sahəsində tədqiqatlar üzərində çalışan bir sıra müəssisələrə qarşı kəşfiyyat fəaliyyəti və müdaxilələr qeydə alınıb”, – o qeyd edib.

 

Büro nümayəndəsinin sözlərinə görə, xarici dövlətlər tərəfindən dəstəklənən kibercinayətkarlar əvvəllər də bioəczaçılıq sənayesini hədəfə alıblar. Lakin koronavirus pandemiyası başladıqdan sonra hücumların sayında artım müşahidə olunur.

 

Hücumlara görə məsuliyyət daşıyan ölkələrin və zərərçəkən şirkətlərin adı açıqlanmır.

 

Nizam Nuriyev





Baxış sayı: 562

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024