12px13px15px17px
Tarix:28/04/20

Populyar antiviruslarda kritik boşluq aşkar edilib

Bildiyimiz kimi, antiviruslar istifadəçiləri virus və hakerlərdən müdafiə etməlidir. Ancaq "Rack911 Labs" tədqiqat qrupu iddia edir ki, hətta ən populyar antivirusların istifadəsi daha böyük təhlükə yarada bilər. Araşdırma zamanı məlum olub ki, antiviruslarda hakerlərə kompüterlərin normal işləməsinə mane olmağa imkan verən kritik boşluqlar mövcuddur.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, mütəxəssislər "Windows", "macOS" və "Linux" əməliyyat sistemləri üçün 28 populyar antivirusun təhlükəsizlik sistemində boşluq aşkar ediblər. Həmin antiviruslar arasında "Windows Defender", "Avast", "BitDefender", "AVG", "Kaspersky", "Norton", "McAfee" və sairə var. "Symlink" adlandırılmış boşluq cinayətkarlara qurbanın kompüterindəki vacib  faylları silmək imkanı verir ki, bu da əməliyyat sisteminin normal işləməsinə mane ola bilər.
Aşağıda boşluq aşkar edilmiş antivirusların tam siyahısı göstərilib:


 

 












Emil Hüseynov





Baxış sayı: 701

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024