Tarix:02/05/20
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, Kirliq özü “Redmi Note 8” smartfonundan istifadə edir və aşkar edib ki, qurğu demək olar ki onun bütün əməliyyatlarını yazaraq məlumatları Rusiya və Sinqapurda yerləşən serverlərə göndərir. Təhlükəsizlik üzrə mütəxəssisin sözlərinə görə, “Xiaomi” istehsalı olan smartfonlar ekran vaxtı, ziyarət edilmiş saytlar, açılmış qovluqlar, dəyişidirilmiş tənzimləmələr, musiqi və proqramlar haqqında məlumatları toplayır.
Bu məlumatlar “base64” formatından istifadə edilərək şifrlənib, buna görə Kirliq onları asanlıqla adi mətnə çevirə bilib.
Bundan sonra Qabriyel Kirliq “Xiaomi Mi 10”, “Redmi K20” və “Mi Mix 3” üçün iç proqram təminatında da analoji boşluqlar aşkar edib.
“Xiaomi” şirkətinin nümayəndələri ittihama cavab verərək bildiriblər ki, deyilənlər həqiqəti əks etdirmir. Şirkət istifadəçi məlumatlarının məxfiliyi haqqında bütün yerli qanun və qaydalara riayət etdiyini iddia edir, saytlara daxilolmalar haqqında toplanılmış məlumatlar isə anonim saxlanılır.
Emil Hüseynov
“Forbes”: “Xiaomi” şirkətinin smartfonları istifadəçilərin məlumatını toplayır
Təhlükəsizlik mütəxəssisi Qabriyel Kirliq “Xiaomi” şirkətinin istehsalı olan smartfonlar tərəfindən istifadəçi məlumatlarının toplanılmasını aşkar edib. Bu haqda “Forbes” nəşri yazır.“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, Kirliq özü “Redmi Note 8” smartfonundan istifadə edir və aşkar edib ki, qurğu demək olar ki onun bütün əməliyyatlarını yazaraq məlumatları Rusiya və Sinqapurda yerləşən serverlərə göndərir. Təhlükəsizlik üzrə mütəxəssisin sözlərinə görə, “Xiaomi” istehsalı olan smartfonlar ekran vaxtı, ziyarət edilmiş saytlar, açılmış qovluqlar, dəyişidirilmiş tənzimləmələr, musiqi və proqramlar haqqında məlumatları toplayır.
Bu məlumatlar “base64” formatından istifadə edilərək şifrlənib, buna görə Kirliq onları asanlıqla adi mətnə çevirə bilib.
Bundan sonra Qabriyel Kirliq “Xiaomi Mi 10”, “Redmi K20” və “Mi Mix 3” üçün iç proqram təminatında da analoji boşluqlar aşkar edib.
“Xiaomi” şirkətinin nümayəndələri ittihama cavab verərək bildiriblər ki, deyilənlər həqiqəti əks etdirmir. Şirkət istifadəçi məlumatlarının məxfiliyi haqqında bütün yerli qanun və qaydalara riayət etdiyini iddia edir, saytlara daxilolmalar haqqında toplanılmış məlumatlar isə anonim saxlanılır.
Emil Hüseynov
Baxış sayı: 1330
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir