12px13px15px17px
Tarix:08/05/20

Milyonlarla “Samsung” smartfonu təhlükə altındadır

“Samsung” şirkətinin 2014-cü ildən sonra istehsal edilmiş bütün smartfonlarında onlara müdaxilə etməyə imkan verən boşluq aşkar edilib. Bu haqda təhlükəsizlik üzrə mütəxəssis Mateuş Yurçikə istinadən “Gadgets 360” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, Cənubi Koreya şirkətinin istehsalı olan smartfonlar tərəfindən şəklin “Skia” qrafik kitabxanası ilə işlənməsi zamanı kritik boşluq aşkar edilib. Mütəxəssisin sözlərinə görə, istifadəçi “Samsung Messages” proqramı vasitəsilə göndərilmiş şəkli saxlayarkən “Android” onları yuxarıda göstərilən kitabxanaya göndərib. Bəzi əməliyyatlar, məsələn, ön baxış üçün ikonkaların yaradılması qurğunun sahibinin icazəsini tələb etmir və haker bu imkandan istifadə edə bilər.

 

Məlum olub ki, bu əməliyyatların həyata keçirilməsi zamanı haker məsafədən cihaza qoşula və sistem üzərində tam nəzarəti ələ keçirə bilər. Haker milyonlarla smartfonda saxlanılan bütün məlumatları yükləyə, çağırışlar jurnalına, mikrofona, kameraya və başqa funksiyalara müdaxilə edə bilər.

 

Emil Hüseynov





Baxış sayı: 593

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024