12px13px15px17px
Tarix:12/05/20

“Thunderbolt” interfeysində boşluq hakerlərə məlumatları şifrlənmiş kompüterdən oğurlamağa imkan verir

Kibertəhlükəsizlik üzrə mütəxəssis Biorn Rutenberqin tədqiqatına görə, "Thunderbolt" interfeysində aşkar edilmiş boşluq hakerlərə məlumatları şifrlənmiş kompüterdən oğurlamağa imkan verir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Thunderbolt" interfeysi qurğulara fərdi kompüterin yaddaşına birbaşa giriş imkanı verir ki, bu da bir sıra boşluqlar yaradır. Əvvəllər kibertəhlükəsizlik üzrə tədqiqatçılar hesab edirdilər ki, etibarsız qurğulara girişə qadağa qoymaq və ya ümumiyyətlə "Thunderbolt" interfeysini deaktiv etmək, lakin "DisplayPort" və "USB-C"yə giriş imkanı yaratmaqla bu boşluqları aradan qaldırmaq olar.

 

Ancaq Rutenberq tərəfindən təsvir edilmiş metod bu müdafiəni keçməyə imkan verir. Şifrlənmiş kompüterdən məlumatları oğurlamaq üçün hakerə kompüterə fiziki giriş imkanı, təxminən 5 dəqiqə vaxt və "asanlıqla daşınan avadanlıq" lazımdır.

 

"Müdaxilə heç bir iz saxlamır, buna görə istifadəçi onun fərdi kompüterindən məlumatların oğurlanması haqda heç vaxt xəbər tutmayacaq", – Rutenberq deyib.

 

Emil Hüseynov





Baxış sayı: 634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024