12px13px15px17px
Tarix:15/05/20

“Mandrake” virusu “Android” qurğuları üzərində nəzarəti ələ keçirir

Proqram təminatının təhlükəsizliyinin tədqiqi ilə məşğul olan “Bitdefenter Labs” şirkəti “Android” sistemli qurğulara hücum edən yeni zərərli proqram təminatı barədə açıqlama verib. Ekspertlərin sözlərinə görə, virus bütün qurğulara hücum etmədiyi üçün ən çox yayılmış təhdidlərdən fərqli davranaraq bunun əvəzinə daha faydalı məlumatlar əldə edə biləcəyi istifadəçiləri seçir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, zərərli proqram təminatının tərtibatçıları ona müəyyən regionların, o cümlədən keçmiş SSRİ ölkələri, Afrika və Yaxın Şərq istifadəçilərinə hücum etməyi qadağan ediblər. Tədqiqata görə, Avstraliya hakerlərin əsas hədəfidir. Həmçinin ABŞ, Kanada və bir sıra digər Avropa ölkələrində çoxlu qurğu yoluxdurulub.

 

Zərərli proqram təminatı mütəxəssislər tərəfindən ilk dəfə bu ilin əvvəlində aşkarlansa da, 2016-cı ildən yayılmağa başlayıb. Qiymətləndirməyə görə, virus bu müddət ərzində yüz minlərlə istifadəçinin qurğusunu yoluxdurub. Bu ilin əvvəlindən etibarən proqram təminatı on minlərlə qurğuya hücum edib.

 

“Bitdefenter Labs” şirkətinin təhlükələrin tədqiqi və hesabatı üzrə direktoru Boqdan Botezatu “Mandrake” virusunu “Android” üçün ən güclü zərərli proqramlardan biri adlandıraraq onun son məqsədinin qurğu üzərində tam nəzarəti ələ keçirmək və istifadəçi hesablarını oğurlamaqdan ibarət olmasını deyib.

 

“Google” şirkəti yaranmış vəziyyətə münasibət bildirməkdən imtina etdiyindən təhlükənin hələ də aktiv olması ehtimal edilir. “Mandrake” virusuna yoluxmamaq üçün ən yaxşı üsul kimi tanınmış tərtibatçıların antivirus proqramlarının quraşdırılması tövsiyə edilir.

 

Nizam Nuriyev





Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024