Tarix:03/06/20
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “SecAtor” kanalının məlumatına görə, “Speed Message-Beautiful and cute” və “Botmatic Messages” mobil proqramlarında casus modulu aşkar edilib. Bu proqramlar uşaq və yeniyetmələr üçün nəzərdə tutulub və mətn mesajlarının mübadiləsi üçün nəzərdə tutulub. Bu halda birinci proqram 10 min dəfədən çox, ikinci isə 1000 dəfədən çox yüklənilib.
Casus moduluna malik “Joker” proqram təminatı “Google Play Store” mağazasının müdafiə mexanizmini keçə bilər. İstifadəçi zərərli koda malik proqramı öz qurğusuna quraşdırdığı halda hakerlər qurğuda müxtəlif əməliyyatları icra etmək imkanına yiyələnəcəklər. Məsələn, sözügedən zərərli proqram təminatının köməyi ilə mesajların ələ keçirilməsi, kontaktların oğurlanması, başqa proqramların quraşdırılması və ya qurbanın ödənişli xidmətlərə abunə edilməsi mümkündür. “Google”un nümayəndələri bildirirlər ki, virusa yoluxdurulmuş proqramlar daima “Play Store”dən silinirlər.
Emil Hüseynov
“Android” üçün təhlükəli proqramlar aşkar edilib
“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mobil proqram istifadəçilər üçün təhlükəli elan edilib. “SecAtor” Telegram kanalı yazır ki, həmin proqramlarda "nisbətən yeni “Joker” zərərverici proqram təminatı" aşkar edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “SecAtor” kanalının məlumatına görə, “Speed Message-Beautiful and cute” və “Botmatic Messages” mobil proqramlarında casus modulu aşkar edilib. Bu proqramlar uşaq və yeniyetmələr üçün nəzərdə tutulub və mətn mesajlarının mübadiləsi üçün nəzərdə tutulub. Bu halda birinci proqram 10 min dəfədən çox, ikinci isə 1000 dəfədən çox yüklənilib.
Casus moduluna malik “Joker” proqram təminatı “Google Play Store” mağazasının müdafiə mexanizmini keçə bilər. İstifadəçi zərərli koda malik proqramı öz qurğusuna quraşdırdığı halda hakerlər qurğuda müxtəlif əməliyyatları icra etmək imkanına yiyələnəcəklər. Məsələn, sözügedən zərərli proqram təminatının köməyi ilə mesajların ələ keçirilməsi, kontaktların oğurlanması, başqa proqramların quraşdırılması və ya qurbanın ödənişli xidmətlərə abunə edilməsi mümkündür. “Google”un nümayəndələri bildirirlər ki, virusa yoluxdurulmuş proqramlar daima “Play Store”dən silinirlər.
Emil Hüseynov
Baxış sayı: 934
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir