12px13px15px17px
Tarix:08/06/20

Mütəxəssis smartfona antivirusun quraşdırılmasının vacibliyini qiymətləndirib

“Android” əməliyyat sistemi ilə işləyən qurğu sahiblərinin öz smartfonlarına antivirus proqramı quraşdırması vacibdir, çünki “iOS”dan fərqli olaraq, sözügedən sistem haker hücumları qarşısında daha dayanıqsızdır. Bu barədə Maliyyə və İnvestisiyaların İdarəetməsi Akademiyasının İT mütəxəssisi Aleksey Kriçevski deyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, o deyib ki, “Android” – bu, “Apple”dan başqa bütün smartfon istehsalçıları tərəfindən istifadə olunan açıq əməliyyat sistemidir.

 

"Bu, haker və fırıldaqçıların fəaliyyəti üçün daha çox imkan yaradır" – mütəxəssis deyib.

 

Onun sözlərinə görə, “Google” şirkətinin öz antivirusunu çıxarmasına baxmayaraq, əlavə antivirus proqramının quraşdırılması cihazı daha yaxşı müdafiə etməyə imkan verir.

 

"Ödənişsiz proqramlar arasında “Avast” ən populyarıdır və onun haqqında rəylərin əksəriyyəti qənaətbəxşdir. Ödənişli antiviruslar arasında “Eset NOD32” və “Kaspersky”ə diqqət yetirmək lazımdır" – Kriçevski deyib.

 

Emil Hüseynov





Baxış sayı: 717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024