“Google Play” əsl virus mənbəyinə çevrilib
Təhlükəsizlik üzrə mütəxəssislərin “Android” istifadəçilərinə mobil tətbiqləri israrla yalnız “Google Play”dən yükləməyi tövsiyə etməsinə baxmayaraq, sözügedən proqramlar mağazasında müntəzəm olaraq təhlükəli proqram təminatının mövcudluğu haqqında məlumatlar yayılır. “Upstream” tədqiqat firmasının hesabatı yalnız mobil qurğuların virusa yoluxması statistikasını deyil, həm də zərərli proqram təminatının sayının sürətli artmasını göstərir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, hesabata əsasən, bu ilin birinci rübündə “Android” sistemi üçün zərərli proqramların sayı 29 mini ötüb. Müqayisə üçün, 2019-cu ilin müvafiq dövrü üçün bu göstərici təxminən 14,5 min təşkil edib. Beləliklə, təhlükəli proqramların sayı 2 dəfə yüksəlib. Bundan başqa, mütəxəssislər iddia edirlər ki, indi 10 ən populyar zərərverici proqramdan 9-u “Google Play”də aşkar edilib. Bu, həmin proqramların moderasiya və təhlükəsizlik yoxlamasından keçməsi deməkdir. 2019-cu ilin sonunda 100 ən geniş yayılmış zərərli proqramdan təxminən 30%-i “Google Play”də əlçatan idi.
Mütəxəssislər qeyd edirlər ki, virusa yoluxmuş “Android” cihazlarının sayı 11,2 milyon təşkil edir ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 7% çoxdur. Mütəxəssislər, həmçinin bir qanunauyğunluğu qeydə alıblar: bir çox zərərli mobil tətbiqlər əyləncəli məzmun kimi təsnif edilir.
Emil Hüseynov
Baxış sayı: 661
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir