Çində 1120 km uzunluğunda təhlükəsiz kvant rabitə kanalı yaradılıb
Çin, Sinqapur və Böyük Britaniyadan olan fiziklər "Mo-Szı" peykinin köməyi ilə Nanşan və Delinha şəhərlərini təhlükəsiz ən uzun kvant rabitə xətti ilə birləşdiriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “nauka.tass.ru” saytına istinadən yazır ki, "biz rabitə peykinin köməyi ilə bir-birindən 1120 km məsafədə yerləşən iki yerüstü stansiya arasında kvant açar mübadiləsi həyata keçirməyə müvəffəq olduq. Bu, bizim qarışıq fotonların ötürülməsi səmərəliliyini təxminən 4 dəfə artırmağımız və saniyədə 0,12 bit sürətə yaxınlaşmağımız sayəsində mümkün olub” – tədqiqatçılar yazırlar.
Müasir kvant rabitə sistemlərinin işində əsas problemlərdən biri odur ki, optik lif vasitəsilə hərəkət vaxtı işığın sürəti tədricən azalır. Buna görə yerüstü məlumat ötürmə sistemlərindən istifadə vaxtı kvant şəbəkələrinin qovşaqları arasındakı məsafə indi bir neçə yüz kilometr təşkil edir.
Fiziklər bu problemi həll etməyə cəhd göstərirlər.
Hələ ki məlumatların ötürülmə sürəti olduqca aşağıdır: bir bayt informasiya təxminən 1,5 dəqiqə ərzində ötürülür. Alimlər hesab edirlər ki, onlar "Mo-Szı" peykinin bortundakı ötürücü aparatın gücünü artırdıqları təqdirdə kvant açarlarının göndərilməsini 100 dəfələrlə sürətləndirə biləcəklər.
Emil Hüseynov
Baxış sayı: 799
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir