12px13px15px17px
Tarix:15/07/20

“Windows” əməliyyat sistemində 17 il mövcud olan boşluq aşkar edilib

"Microsoft" korporasiyası "Windows"un server versiyalarının istifadəçilərini yaxın vaxtlarda aşkar edilmiş kritik boşluğu aradan qaldıran təhlükəsizlik paketini quraşdırmağa çağırır. Sözügedən boşluq hakerlərə istifadəçilərin iştirakı olmadan on və yüzlərlə kompüter üzərində nəzarəti ələ keçirməyə imkan verir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, "Windows DNS" komponentində aşkar edilmiş boşluq "SigRev" adlandırılıb. Bu komponent domen adının kompüterlər üçün başa düşülən IP ünvana translyasiyası haqqında sorğulara avtomatik cavab verir.

 

Müəyyən bir üsulla boşluğa malik sistemə DNS sorğu formalaşdıran cinayətkarlar domen administratoru hüququnu ələ keçirən kod işə sala, bundan sonra korporativ şəbəkədə bütün kompüterlər üzərində nəzarəti ələ keçirə bilərlər.

 

"SigRed" boşluğu "Windows" sisteminin adi istifadəçi versiyalarına zərər vurmur, lakin 2003-2019-cu illərdə server versiyalarında mövcud olub. "Microsoft" korporasiyası iyulda boşluğu aradan qaldıran düzəliş paketi çıxarıb.

 

Emil Hüseynov





Baxış sayı: 583

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024