İstifadəçi marşrutlayıcılarına hücumlar artıb
İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən "Trend Micro" şirkətinin mütəxəssisləri istifadəçilərə ev marşrutlayıcılarına hücumların sayının artması ilə bağlı xəbərdarlıq ediblər. Bu hücumların məqsədi ələ keçirilmiş qurğulardan ibarət botnet şəbəkələrinin yaradılmasıdır.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, şirkət mütəxəssisləri tərəfindən müəyyənləşdirilib ki, ötən ilin oktyabrında istifadəçi marşrutlayıcılarına daha çox yayılmış parol birləşmələrini avtomatik seçən xüsusi proqram təminatından istifadə etməklə inzibatçı parolunun seçilməsi vasitəsilə müdaxiləyə cəhdlərin sayında artıb başlayıb. Bir neçə ay ərzində bu tip hücumların sayı 10 dəfədən çox artıb. 2019-cu ilin sentyabrında 23 milyon belə hücum qeydə alındığı halda dekabrda bu göstərici 249 milyon insidentədək artıb. Bu ilin martında şirkət tərəfindən sistemə parol seçimi alətləri vasitəsilə 194 milyon giriş qeydə alınıb.
"Trend Micro" nümayəndələrinin fikrincə, bu tendensiya daha çox istifadəçi marşrutlayıcılarını ələ keçirərək onları botnet şəbəkələrinə qoşmaq istəyən müxtəlif kibercinayətkar qruplaşmalar arasında rəqabətlə əlaqədardır. Sonradan botnetlər ya xüsusi resurslarda "DDoS" hücumlarının edilməsi üçün alətlər şəklində satılır, ya da müxtəlif növ qanunsuz hərəkətlərin, o cümlədən məlumat oğurluğu, hesabların ələ keçirilməsinin anonimləşdirilməsi üçün alət kimi təklif olunur. Qeyd olunur ki, bu seqmentdə rəqabət o qədər ciddidir ki, hakerlər müdaxilə edilən qurğularda aşkarlanan başqasına məxsus istənilən zərərli proqram təminatını ləğv edirlər.
Routeri hakerlər tərəfindən müdaxilə edilən istifadəçilər bunu qurğunun məhsuldarlıq səviyyəsinin azalmasında görə bilərlər. "Trend Micro" mütəxəssisləri tərəfindən ev routerlərinin mühafizəsi üçün etibarlı parollardan istifadə edərək onların mütəmadi dəyişdirilməsi, eləcə də qurğunun proqram təminatını vaxtlı-vaxtında yeniləyərək ondan istifadəni məhdudlaşdırmaqla qoşulmaya yalnız lokal şəbəkədən icazənin verilməsi tövsiyə edilir.
Nizam Nuriyev
Baxış sayı: 628
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir