Tarix:19/08/20
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklər sözügedən bazarın inkişafını şirkətlərdə olan məlumat həcminin sürətli artımı, kiberhücum və məlumat itkilərinin geniş yayılması ilə izah edirlər.
Bu bazarın inkişafına mane olan amillər də var: informasiya təhlükəsizliyi sahəsində yüksək ixtisaslı mütəxəssislərin çatışmazlığı və lazımi təcrübənin olmaması, həmçinin bulud mühitində məlumatların təhlükəsizliyi ilə bağlı risklər. Digər bir problem şirkətlər, xüsusilə kiçik və orta biznesin nümayəndələri tərəfindən böyük məlumatların təhlükəsizliyinə kompleks yanaşmanın olmamasıdır.
Mütəxəssislərin sözlərinə görə, “COVID-19” pandemiyası “Big Data”nın müdafiəsi üçün proqram təminatı və xidmətlər bazarına təsir göstərib. Pandemiya şəraitində bir çox insan evdən işləməyə və təhsil almağa başlayıb, buna görə VPN serverlərə tələbat kəskin artıb. Bu şəraitdə şirkət və təhsil müəssisələri yeni kibertəhlükələrlə üzləşiblər. Belə hücumlardan biri elektron poçt vasitəsi ilə həyata keçirilən haker hücumlarının artması ilə bağlıdır. Məsələn, 2020-ci ilin fevralından avqustunadək koronavirus mövzusundan istifadə edən fişinq hücumlarının sayı 667% yüksəlib.
Emil Hüseynov
Böyük məlumatların kibertəhlükəsizliyi üçün proqram təminatı və xidmətlər bazarının həcmi ildə 6,3% artacaq
Böyük məlumatların (Big Data) kibertəhlükəsizliyi üçün proqram təminatı və xidmətlər bazarının həcmi ildə 6,3% artacaq. “Meticulous Research” tədqiqat şirkətinin proqnozuna görə, 2027-ci ilədək belə həllərin satış həcmi 28 milyard dolları ötəcək.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklər sözügedən bazarın inkişafını şirkətlərdə olan məlumat həcminin sürətli artımı, kiberhücum və məlumat itkilərinin geniş yayılması ilə izah edirlər.
Bu bazarın inkişafına mane olan amillər də var: informasiya təhlükəsizliyi sahəsində yüksək ixtisaslı mütəxəssislərin çatışmazlığı və lazımi təcrübənin olmaması, həmçinin bulud mühitində məlumatların təhlükəsizliyi ilə bağlı risklər. Digər bir problem şirkətlər, xüsusilə kiçik və orta biznesin nümayəndələri tərəfindən böyük məlumatların təhlükəsizliyinə kompleks yanaşmanın olmamasıdır.
Mütəxəssislərin sözlərinə görə, “COVID-19” pandemiyası “Big Data”nın müdafiəsi üçün proqram təminatı və xidmətlər bazarına təsir göstərib. Pandemiya şəraitində bir çox insan evdən işləməyə və təhsil almağa başlayıb, buna görə VPN serverlərə tələbat kəskin artıb. Bu şəraitdə şirkət və təhsil müəssisələri yeni kibertəhlükələrlə üzləşiblər. Belə hücumlardan biri elektron poçt vasitəsi ilə həyata keçirilən haker hücumlarının artması ilə bağlıdır. Məsələn, 2020-ci ilin fevralından avqustunadək koronavirus mövzusundan istifadə edən fişinq hücumlarının sayı 667% yüksəlib.
Emil Hüseynov
Baxış sayı: 850
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir