Tarix:21/08/20
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab www.securitylab.ru” resursuna istinadən yazır ki, məlumata görə, avqustun 13-də müvəqqəti ümumi lisenziyanın – ABŞ hökumətinin yerli şirkətlərə Çinin texnoloji nəhəngi ilə bir sıra ticarət əməliyyatlarını həyata keçirməyə icazə verən sərəncamının qüvvədə olma müddəti başa çatıb. Bununla əlaqədar istifadəçilərdə “Huawei” smartfonlarının gələcəkdə “Google” yeniləmələri ilə təchiz edilib-edilməyəcəyi ilə bağlı sual yaranıb.
“Huawei” nümayəndələrinin “Huawei Central” portalına verdiyi məlumata görə, şirkət “Google Play” və “Huawei Mobile Services” əlavələr mağazasının quraşdırıldığı smartfonları, o cümlədən “Honor” modellərini yeniləməkdə davam edəcək.
“Google Play” mağazasının quraşdırıldığı qurğuların oradan yüklənilən proqramlar və digər “Google” əlavələrinin yeniləmələrlə təmin edilməsi davam etdiriləcək. “Google Play” mağazasının quraşdırılmadığı qurğularda yeni əlavə və yeniləmələri quraşdırılmış “Huawei AppGallery” servisi vasitəsilə idarə etmək mümkün olacaq”, – “Huawei” nümayəndələri qeyd edib.
Ötən aylar ərzində “Huawei” mobil qurğuları, o cümlədən “Honor” modelləri aylıq və rüblük yeniləmə bülletenlərinə əlavə olunub. Bu bölməyə aid bütün qurğular (Huawei P40 seriyası, Huawei Mate 30 seriyası, Huawei Nova 7 seriyası; Honor 30) “Huawei Mobile Services” əlavələr mağazasını dəstəkləyir.
Nizam Nuriyev
“Huawei” smartfonlarının “Android” yeniləmələri ilə təmini davam etdiriləcək
“Huawei” şirkəti onun istehsalı olan “Android” əməliyyat sistemli qurğuların funksional və təhlükəsizlik sistemi yeniləmələri ilə təchiz olunmasını davam etdirəcək.“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab www.securitylab.ru” resursuna istinadən yazır ki, məlumata görə, avqustun 13-də müvəqqəti ümumi lisenziyanın – ABŞ hökumətinin yerli şirkətlərə Çinin texnoloji nəhəngi ilə bir sıra ticarət əməliyyatlarını həyata keçirməyə icazə verən sərəncamının qüvvədə olma müddəti başa çatıb. Bununla əlaqədar istifadəçilərdə “Huawei” smartfonlarının gələcəkdə “Google” yeniləmələri ilə təchiz edilib-edilməyəcəyi ilə bağlı sual yaranıb.
“Huawei” nümayəndələrinin “Huawei Central” portalına verdiyi məlumata görə, şirkət “Google Play” və “Huawei Mobile Services” əlavələr mağazasının quraşdırıldığı smartfonları, o cümlədən “Honor” modellərini yeniləməkdə davam edəcək.
“Google Play” mağazasının quraşdırıldığı qurğuların oradan yüklənilən proqramlar və digər “Google” əlavələrinin yeniləmələrlə təmin edilməsi davam etdiriləcək. “Google Play” mağazasının quraşdırılmadığı qurğularda yeni əlavə və yeniləmələri quraşdırılmış “Huawei AppGallery” servisi vasitəsilə idarə etmək mümkün olacaq”, – “Huawei” nümayəndələri qeyd edib.
Ötən aylar ərzində “Huawei” mobil qurğuları, o cümlədən “Honor” modelləri aylıq və rüblük yeniləmə bülletenlərinə əlavə olunub. Bu bölməyə aid bütün qurğular (Huawei P40 seriyası, Huawei Mate 30 seriyası, Huawei Nova 7 seriyası; Honor 30) “Huawei Mobile Services” əlavələr mağazasını dəstəkləyir.
Nizam Nuriyev
Baxış sayı: 781
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir