Tarix:25/08/20
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin proqnozuna görə, 2025-ci ilədək dünyada təxminən 79 Zbayt həcmində məlumat generasiya edəcək 41,6 milyard “IoT” avadanlıq əlçatan olacaq. Müqayisə üçün, 2016-cı ildə mütəxəssislər yalnız 0,18 Zbayt həcmində məlumat yaradılması və saxlanılması haqqında bildirmişdilər.
Bu fonda kiberhücumların miqyası artır və hakerlər üçün yeni imkanlar yaranır, informasiya təhlükəsizliyi üzrə mütəxəssislər isə sistemlərin müdafiəsi üçün çox mürəkkəb məsələləri həll etmək məcburiyyətindədirlər. Bu problem “Əşyalar interneti” bazarında tənzimləmə tədbirlərinin yoxluğu və təhlükəsizliyin təmin olunmaması ilə daha da çətinləşir.
Analitiklərin sözlərinə görə, istehlakçıların əksəriyyəti özlərini və fərdi “IoT” qurğularını icazəsiz müdaxilələrdən necə qoruyacaqlarını bilmir. Buna görə 2019-cu ildə “Əşyalar interneti” seqmentində məlumatların itkisi üzrə yüksəliş olub və belə kiberhadisələrin təxminən 26%-i onların payına düşüb.
Analitiklər şifrləmə və “bulud” sistemində məlumatların yüklənməsi və saxlanılması üçün xüsusi mühafizə sistemlərini “Əşyalar interneti”ndə kibertəhlükəsizliyi təmin etmək üçün tədbir kimi qiymətləndirirlər.
Avropa Komissiyası internetə qoşulmuş bütün qurğular üçün məcburi sertifikatlaşdırma yaratmağı nəzərdən keçirir.
Emil Hüseynov
Məlumatların həcminin artması “Əşyalar interneti”nə təhlükə yaradır
Məlumatların həcminin və “Əşyalar interneti (IoT)” qurğularının sayının kəskin artması şəraitində kibertəhlükələrin sayı yüksəlib. “IDC” analitik şirkətinin yeni araşdırması bu məsələyə həsr edilib.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin proqnozuna görə, 2025-ci ilədək dünyada təxminən 79 Zbayt həcmində məlumat generasiya edəcək 41,6 milyard “IoT” avadanlıq əlçatan olacaq. Müqayisə üçün, 2016-cı ildə mütəxəssislər yalnız 0,18 Zbayt həcmində məlumat yaradılması və saxlanılması haqqında bildirmişdilər.
Bu fonda kiberhücumların miqyası artır və hakerlər üçün yeni imkanlar yaranır, informasiya təhlükəsizliyi üzrə mütəxəssislər isə sistemlərin müdafiəsi üçün çox mürəkkəb məsələləri həll etmək məcburiyyətindədirlər. Bu problem “Əşyalar interneti” bazarında tənzimləmə tədbirlərinin yoxluğu və təhlükəsizliyin təmin olunmaması ilə daha da çətinləşir.
Analitiklərin sözlərinə görə, istehlakçıların əksəriyyəti özlərini və fərdi “IoT” qurğularını icazəsiz müdaxilələrdən necə qoruyacaqlarını bilmir. Buna görə 2019-cu ildə “Əşyalar interneti” seqmentində məlumatların itkisi üzrə yüksəliş olub və belə kiberhadisələrin təxminən 26%-i onların payına düşüb.
Analitiklər şifrləmə və “bulud” sistemində məlumatların yüklənməsi və saxlanılması üçün xüsusi mühafizə sistemlərini “Əşyalar interneti”ndə kibertəhlükəsizliyi təmin etmək üçün tədbir kimi qiymətləndirirlər.
Avropa Komissiyası internetə qoşulmuş bütün qurğular üçün məcburi sertifikatlaşdırma yaratmağı nəzərdən keçirir.
Emil Hüseynov
Baxış sayı: 874
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir