Tarix:25/09/20
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta www.lenta.ru" resursuna istinadən yazır ki, boşluq fotoşəkilin "Mozjpeg" kodlayıcısı vasitəsilə qurğudan proqrama yüklənilməsi prosesində aşkarlanıb. Sərbəst yayılan proqramda boşluq üzə çıxıb.
Bildirilir ki, hücumun həyata keçirilməsi üçün hakerlər qurban tərəfindən smartfonda saxlanılacaq xüsusi foto göndərirlər. Kibertəhlükəsizlik üzrə mütəxəssislərin məlumatına görə, səhv cinayətkarlara "Instagram" hesabı və s. üzərində nəzarəti ələ keçirməyə imkan verib. Proqram daxilində hakerlər məlumat və fotoşəkillərə çıxış, statusu yazmaq və pozmaq imkanı əldə ediblər. Bundan başqa, hakerlər "smartfonu casusluq qurğusuna çevirmək" imkanına malik olublar. Çünki boşluq smartfonun kontaktlar siyahısına, kamera və gelokasiyasına çıxışa şərait yaradıb.
"Check Point" nümayəndələri qeyd edib ki, sosial şəbəkənin sahibi "Facebook" şirkəti problem barədə məlumatlandırıldıqdan sonra səhvi aradan qaldıran yeniləmə buraxılıb. Lakin boşluq proqramın sonuncu versiyasını quraşdırmayan istifadəçilərdə hələ də mövcuddur.
Nizam Nuriyev
“Instagram” istifadəçilərini izləyən təhlükəli boşluq aşkarlanıb
"Check Point" şirkətinin mütəxəssisləri "Instagram"da sosial şəbəkə istifadəçilərini izləməyə imkan verən təhlükəli boşluq aşkarlayıblar. Bunun üçün qurbana xüsusi fotoşəkilin göndərilməsi kifayət edib. Bu barədə kibertəhlükəsizlik sahəsində ixtisaslaşan şirkətin bloqunda deyilir."ICTnews" Elektron Xəbər Xidməti "Lenta www.lenta.ru" resursuna istinadən yazır ki, boşluq fotoşəkilin "Mozjpeg" kodlayıcısı vasitəsilə qurğudan proqrama yüklənilməsi prosesində aşkarlanıb. Sərbəst yayılan proqramda boşluq üzə çıxıb.
Bildirilir ki, hücumun həyata keçirilməsi üçün hakerlər qurban tərəfindən smartfonda saxlanılacaq xüsusi foto göndərirlər. Kibertəhlükəsizlik üzrə mütəxəssislərin məlumatına görə, səhv cinayətkarlara "Instagram" hesabı və s. üzərində nəzarəti ələ keçirməyə imkan verib. Proqram daxilində hakerlər məlumat və fotoşəkillərə çıxış, statusu yazmaq və pozmaq imkanı əldə ediblər. Bundan başqa, hakerlər "smartfonu casusluq qurğusuna çevirmək" imkanına malik olublar. Çünki boşluq smartfonun kontaktlar siyahısına, kamera və gelokasiyasına çıxışa şərait yaradıb.
"Check Point" nümayəndələri qeyd edib ki, sosial şəbəkənin sahibi "Facebook" şirkəti problem barədə məlumatlandırıldıqdan sonra səhvi aradan qaldıran yeniləmə buraxılıb. Lakin boşluq proqramın sonuncu versiyasını quraşdırmayan istifadəçilərdə hələ də mövcuddur.
Nizam Nuriyev
Baxış sayı: 767
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir