12px13px15px17px
Tarix:02/10/20

Diqqət! Düşmən kibermühitdə təxribatlarını davam etdirir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən Azərbaycandakı istifadəçilərin elektron poçt ünvanlarına “fişinq” hücumları qeydə alınıb. Belə ki, azərbaycanlı e-poçt istifadəçilərinə guya Azərbaycan hakerləri tərəfindən düşmənə aid sənədlərin ələ keçirildiyini bildirən elektron məktublar yollanılır və əlavə olaraq giriş üçün təhlükəli keçid qeyd olunur. Keçidə daxil olduqda e-poçt hesabının istifadəçi adı və parolu istənilir.

 

Qeyd edək ki, həmin saxta və təhlükəli məktuba cavab olaraq məlumatlar təqdim edən hər bir poçt sahibinin şəxsi məlumatları bu keçid vasitəsilə təxribatçıların əlinə keçir. Məqsəd istifadəçilərimizin fərdi məlumatlarını ələ keçirmək və təxribatçılıq əməllərini daha təhlükəli formada davam etdirməkdir.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlardan bir daha xahiş edir ki, hazırkı dövrdə xüsusilə ayıq davransınlar, hər məlumata etimad etməsinlər, hər hansı şübhəli keçidə daxil olmasınlar, hər hansı faylı və ya tətbiqi yükləməsinlər.

 

Yanlışlıqla “fişinq” keçidlərə daxil olduqda fərdi məlumatlarınızı təqdim etməyin, dərhal cihazınızı şəbəkədən ayırın, antivirus və oxşar proqramlarla skan edin, hesablarınızın şifrlərini dəyişin, məlumatlarınızın ehtiyat nüsxəsini saxlayın və baş verən insident barədə www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə məlumat verin.





Baxış sayı: 272

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024