12px13px15px17px
Tarix:12/10/20

“Android” sistemli qurğular şübhəli səsləri qeydə alacaq

"Google" şirkəti "Android" əməliyyat sistemi üçün istifadəçilərə smartfon həyəcanlı səslər "eşidən" zaman bildirişlər göndərməyə imkan verəcək sistem yeniləməsi təqdim edib. Funksiya smartfonun "eşitdiyi" danışığı avtomatik mətnə çevirən "Live Transcribe" mobil proqramına yeni imkanlar əlavə olunmaqla tətbiq ediləcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, indi "Live Transcribe" daha geniş səs spektrini, o cümlədən tüstü və yanğın siqnallarını, sirenaları, uşaq ağlamasını, qapı zəngini, itin hürməsini, axan suyun səsini, qapı döyülməsini və s. tanıya bilir. Qurğu bu səslərdən birini ələ keçirən zaman sistem işığın yanıb-sönməsi və vibrasiya ilə müşayiət olunan bildirişi göstərəcək. Bundan başqa, "Müvəqqəti şkala" funksiyası istifadəçilərə smartfon tərəfindən bir neçə saat ərzində aşkarlanan hadisələrə baxmağa imkan verəcək. Həmçinin mobil proqram istifadəçinin səsin xarakterini qiymətləndirməsi üçün onun nə qədər səslənməsi barədə məlumat verəcək.

 

Bildirilir ki, ətrafdakı səslər haqqında bildiriş funksiyası kompüter təlimindən istifadə edir, lakin bütün məlumatlar qurğuda emal olunur və "Google" serverlərinə ötürülmür. Şirkətin məlumatına görə, "Live Transcribe" 30-dan çox vəziyyəti müəyyənləşdirə bilir.

 

Qeyd edək ki, funksiya "Wear OS" əməliyyat sistemli daşınan qurğularda da işləyəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 272

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024