12px13px15px17px
Tarix:14/10/20

“SARS-Cov-2” virusu smartfon, əskinas və başqa səthlərdə 1 ay sağ qalır

Havaların soyuması ilə əlaqədar dünyada "COVID-19" infeksiyasına yoluxmuş xəstələrin sayı artmağa davam edir və yeni araşdırma bunun səbəbini izah edib. Avstraliyalı alimlər tərəfindən keçirilmiş sınaqlar nəticəsində məlum olub ki, virus cihazların ekranında, əskinaslarda, nəqliyyatda və başqa səthlərdə 28 günədək sağ qalma xüsusiyyətinə malikdir. Virusun sağ qalma müddəti səthin strukturundan asılıdır və aşağı temperaturda daha uzun müddət sağ qalır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, alimlər müəyyənləşdiriblər ki, "SARS-Cov-2" virusu havanın temperaturu 20 selsi dərəcə və nisbi rütubətliliyi 50% olduqda kağız, şüşə və paslanmayan polad daxil olmaqla səthlərin üzərində 28 günədək qalır.

 

Alimlər ultrabənövşəyi şüaların təsirini istisna etmək üçün qaranlıqda 20°С, 30°С və 40°С temperaturda sınaqlar keçiriblər. Gözlənildiyi kimi, virus daha aşağı temperaturda daha uzun müddət sağ qalıb ki, bu da indiki soyuq dövrdə xəstəliyin artmasına uyğun gəlir. Eyni rütubətdə havanın temperaturunun yüksək olması şəraitində virusun sağ qalma dərəcəsini kəskin şəkildə azaldıb – 40 selsi dərəcə temperaturda 24 saatadək.

 

Emil Hüseynov





Baxış sayı: 265

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024