12px13px15px17px
Tarix:20/10/20

“Windows 10” əməliyyat sistemi üçün yeni yeniləmə kompüterlərə təhlükə yaradır

"Windows 10" əməliyyat sisteminin bəzi istifadəçiləri oktyabrın 13-dən əlçatan olan "KB4579311" və "KB4577671" yenilənmələrindən istifadə etmək istəyərkən ciddi problemlərlə üzləşiblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "radiosputnik.ria.ru" saytına istinadən yazır ki, "Microsoft" şirkəti sözügedən yeniləmələri əvvəlki səhvləri və boşluqları aradan qaldırmaq üçün işləyib hazırlayıb. Bəzi istifadəçilərin sözlərinə görə, onlar yeniləməni quraşdırmaq istəyərkən ekrana səhv mesajı çıxıb. Yeniləməni yenidən yükləmək cəhdləri uğursuz olub.

 

"Microsoft"un rəsmisi bildirib ki, yaxın vaxtlarda nasazlığın səbəbini araşdıracaqlar, istifadəçilərə isə hələ ki yeniləmələri quraşdırmamağı tövsiyə ediblər.

 

Emil Hüseynov





Baxış sayı: 293

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024