Mobil virusların ən təhlükəli mənbəyi açıqlanıb
"NortonLifeLock" və "IMDEA Software Institute" şirkətlərini təmsil edən kibertəhlükəsizlik sahəsi üzrə ispaniyalı tədqiqatçılar mobil virusların ən təhlükəli mənbəyini açıqlayıblar. Mütəxəssislərin məlumatına görə, zərərverici fayllar "Android" smartfonlarına əksər hallarda "Google Play" proqramlar mağazası vasitəsilə düşür.
"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, mütəxəssislər ümumilikdə 2019-cu ilin iyun-sentyabr ayları ərzində 12 milyon "Android" qurğuya quraşdırılmış 34 milyon mobil proqramı araşdırıblar və onların smartfonlara necə düşməsini təhlil ediblər. Analitiklər mobil tətbiqlərin 10-24%-nin zərərverici olduğunu bildiriblər.
Ümumilikdə mütəxəssislər virusların smartfonlara düşməsinin 12 əsas üsulunu təsvir ediblər. Zərərverici proqramların ən populyar mənbəyi "Google Play" olub, yoluxdurulmuş proqramların təxminən 67,5%-i onun payına düşür. Tədqiqatçılar kənar proqram mağazalarının (10,4 faiz) ikinci populyar mənbə olduğunu qeyd ediblər. Ehtiyat surətin bərpası üçüncü olub.
Emil Hüseynov
Baxış sayı: 480
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir