12px13px15px17px
Tarix:24/11/20

Pandemiya kiberhücumları 20-25 faiz artırıb

"COVID-19" pandemiyası şəraitində kibercinayətkarların aktivliyi təxminən 20-25 faiz artıb. Bu barədə Çinin Uçjen şəhərində Dünya İnternet Konfransının açılışında çıxış edən "Kasperski laboratoriyası" şirkətinin təsisçisi Yevgeni Kasperski bildirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, o deyib: "Biz çox qəribə dövrdə yaşayırıq. "COVID-19" pandemiyası dünyanı, o cümlədən kibercinayətləri, kibertəhlükəsizlik və bütün kiberməkanı dəyişib".

 

Qeyd olunub ki, insanlar internetdə daha çox vaxt keçirməyə başlayıblar. Bununla yanaşı, məsafəli rejimdə iş zamanı bütün müəssisələr internetdə təhlükəsizliyə zəmanət verə bilmədiyindən kibercinayətkarlar bundan aktiv sui-istifadə edirlər.

 

"COVID-19" pandemiyası başlayanadək biz gündə təqribən 350 min yeni kütləvi kiberhücum qeydə aldığımız halda hazırda bu rəqəm 400 min təşkil edir", – Y.Kasperski vurğulayıb.

 

Rəqəmli texnologiyalar və internetdən istifadənin genişlənməsi şəraitində şəbəkədə kibertəhlükəsizliyin təmini məsələləri xüsusi əhəmiyyət kəsb edir. "Bu isə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər üçün yaxşı xəbərdir. Bizim hələ görüləsi çox işimiz var", – Y.Kasperski əlavə edib. Onun fikrincə, pandemiya başa çatsa belə dünya daha əvvəlki kimi olmayacaq.

 

Bu dəfə xarici ekspertlər və rəsmi şəxslər pandemiya səbəbindən noyabrın 23-24-də Uçjendə keçirilən Dünya İnternet Konfransında onlayn rejimdə iştirak edirlər. Konfrans ənənəvi olaraq sahə üzrə bir sıra ixtisaslaşmış forumlarla müşayiət olunur. Bu il onlar sırasında ekspertlərin "Bir qurşaq – bir yol" təşəbbüsü çərçivəsində kiberməkanda əməkdaşlıq, sənaye internetində innovasiyalar və tərəqqi, rəqəmli iqtisadiyyat və "COVID-19"un profilaktikası və onunla mübarizədə elmi yanaşmalar kimi məsələlər üzrə müzakirələri yer alıb. Konfrans "Daha yaxşı gələcək naminə rəqəmli mühitdə etimad. Kiberməkanda ümumi gələcək yaratmaq" devizi ilə keçirilir.

 

Nizam Nuriyev





Baxış sayı: 490

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024