Tarix:05/12/20
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Avstriyanın “SEC Consult” şirkətinin mütəxəssisləri “Microsoft”un əməliyyat sisteminin kodunda boşluq aşkar ediblər. Onların sözlərinə görə, sözügedən problem korporativ şəbəkələrdə cihazların tənzimlənməsi üçün alətlər dəsti olan “Microsoft Autopilot” sistemində aşkar edilib. Sistem boşluğu istənilən şəbəkə istifadəçisinə öz imtiyazını administrator səviyyəsinədək yüksəltməyə və şəbəkəni öz nəzarəti altına keçirməyə imkan verir.
Kritik boşluğun təsvirinə əsasən, haker şəbəkədən müəyyən qurğunu ayıra, sonra yeni istifadəçi yarada və onu qeyri-məhdud səlahiyyətlərlə təmin edə bilər. “SEC Consult” şirkətinin mühəndisləri “Microsoft”a müraciət ediblər, ancaq korporasiya ilk əvvəl onları ciddiyə almayıb. Təkrar müraciət vaxtı isə ABŞ korporasiyasının nümayəndəsi deyib ki, problemin mövcudluğunu tanımır.
Emil Hüseynov
“Microsoft” korporasiyası “Windows” sistemində aşkar edilmiş kritik boşluğu tanımayıb
“Windows” sistemində korporativ alətlər vasitəsilə müdaxilə imkanı aşkar edilib.“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Avstriyanın “SEC Consult” şirkətinin mütəxəssisləri “Microsoft”un əməliyyat sisteminin kodunda boşluq aşkar ediblər. Onların sözlərinə görə, sözügedən problem korporativ şəbəkələrdə cihazların tənzimlənməsi üçün alətlər dəsti olan “Microsoft Autopilot” sistemində aşkar edilib. Sistem boşluğu istənilən şəbəkə istifadəçisinə öz imtiyazını administrator səviyyəsinədək yüksəltməyə və şəbəkəni öz nəzarəti altına keçirməyə imkan verir.
Kritik boşluğun təsvirinə əsasən, haker şəbəkədən müəyyən qurğunu ayıra, sonra yeni istifadəçi yarada və onu qeyri-məhdud səlahiyyətlərlə təmin edə bilər. “SEC Consult” şirkətinin mühəndisləri “Microsoft”a müraciət ediblər, ancaq korporasiya ilk əvvəl onları ciddiyə almayıb. Təkrar müraciət vaxtı isə ABŞ korporasiyasının nümayəndəsi deyib ki, problemin mövcudluğunu tanımır.
Emil Hüseynov
Baxış sayı: 773
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir