12px13px15px17px
Tarix:10/12/20

“İnterpol” bu il 20 min telefon və internet fırıldaqçısını həbs edib

Beynəlxalq Polis Təşkilatı (İnterpol) 2020-ci il ərzində həyata keçirilən “First Light” adlı əməliyyatı başa çatdırıb. Əməliyyat çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları internet və telefon fırıldaqçılığı hallarını araşdırıblar. Ümumilikdə qanun keşikçiləri tərəfindən pul tələb edən 21 549 operator, fırıldaqçı və cinayətkar həbs olunub, 310 bank hesabı ləğv edilib və 153 973 709 dollar məbləğində qanunsuz pul tranzaksiyaları ələ keçirilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab www.securitylab.ru” resursuna istinadən yazır ki, telekommunikasiya və sosial mühəndislik sahəsində müxtəlif fırıldaqçılıq növlərində iştirak edən mütəşəkkil cinayətkar qruplaşmaların saxlanılması üzrə koordinasiya edilmiş fəaliyyətə  dünyanın 35 ölkəsi qatılıb. Ölkələrin müvafiq orqanları arasında şübhəli şəxslərin aşkarlanması və istintaqların aparılması məqsədilə əməliyyat zamanı əldə edilən informasiya və kəşfiyyat məlumatlarının analizinin mübadiləsi aparılıb.
 
Əməliyyat zamanı aşkarlanan digər fırıldaqçılıq növlərinə “BEC” hücumları (business email compromise – işgüzar poçtun ələ keçirilməsi), “sevgi” fırıldaqçılığı və “SmiShing” (SMS bildirişləri vasitəsilə həyata keçirilən fişinq növü) daxildir.
 
Məlumata görə, Sinqapur polisi vəsaitlərin çıxarılması üçün yaşlı qadını banka müşayiət edən zaman saxta “İnterpol” vəsiqəsi təqdim edən şəxsi həbs edib. Sonradan aparılan araşdırmalardan məlum olub ki, məhz saxlanılan şəxs ona zəng edərək özlərini Çinin hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən və saxta vəsiqə verərək yaşlı qadının pullarını çıxarmaq üçün ona göstəriş verən fırıldaqçıların qurbanı olub.
 
Nizam Nuriyev




Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024