12px13px15px17px
Tarix:23/12/20

Yeni “Firefox” versiyası izləmədən qoruma funksiyası ilə təchiz ediləcək

Yanvarda “Firefox” brauzerinin istifadəçinin saytlar arasında keçidini izləmədən qoruyan “Network Partitioning” adlı yeni funksiyaya malik “Firefox 85” versiyası buraxılacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab www.securitylab.ru” resursuna istinadən yazır ki, funksiya “Client-Side Storage Partitioning” (məlumat saxlancının müştəri tərəfində bölünməsi) əsasında qurulub. Standart “Ümumdünya hörümçək toru (World Wide Web Consortium)” tərəfindən hazırlanır. Tim Berners-Linin rəhbərlik etdiyi konsorsium üzvlər internet üçün texnoloji standartlar hazırlayaraq tətbiq edirlər.
 
İnternetdə naviqasiya zamanı müştəri tərəfində saytlar üçün istifadəçi quraşdırmaları, istifadəçinin yaratdığı sənədlər və avtonom rejimdə iş üçün yararlı surətlər və s. kimi məlumatlar saxlanıla bilər.
 
“JavaScript” proqram əlavə interfeysləri (API) vasitəsilə yaradılan lokal məlumat saxlanclarından istifadə saytların quraşdırmalarını fərdiləşdirməyə, onların brauzerdə yüklənilməsini sürətləndirməyə, eləcə də daxil olan istifadəçilərin avtorizasiya məlumatlarını və onların əvvəlki aktivliyini, məsələn, mağazada alış-veriş səbətinin tərkibini və ya onlayn oyunlar üçün musiqi faylları paketini yadda saxlamağa imkan verir.
 
Yeni şəbəkə bölmə texnologiyası ümumi resurslardan yalnız sayt hüdudlarında istifadəyə imkan verəcək ki, bu da saytlara daxil olanların digər saytlara keçidi zamanı izləməni çətinləşdirəcək.  
 
Nizam Nuriyev




Baxış sayı: 1349

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024