Bu il kibertəhlükəsizlik sahəsində xərclər artmaqda davam edəcək
“Canalys” şirkəti 2021-ci ildə kibertəhlükəsizlik vasitələri bazarının inkişafı üzrə proqnoz açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, ötən ilin yekunları üzrə kibertəhlükəsizlik sahəsində xərclər 54,2-54,7 milyard dollar təşkil edib. Bu rəqəmlərə “Endpoint” həllər, veb-mühafizə və məlumatların qorunması həlləri, təhlükəsizlik və boşluqların aşkarlanması analitik sistem vasitələri, eləcə də şəbəkə təhlükəsizliyi və istifadəçilərin identifikasiyası sahəsi üçün xərclər daxildir.
Şirkətin proqnozunda sahənin inkişafı ilə bağlı iki (optimist və pessimist) mümkün inkişaf senarisi nəzərdən keçirilir. Birinci halda 2021-ci ildə kibertəhlükəsizlik sahəsində xərclər 10 faiz artaraq 60,2 milyard dollar təşkil edə bilər.
Pessimist variant xərclərin 6,6 faiz artaraq 57,7 milyard dollara çatacağını nəzərdə tutur. İstənilən halda sahədə müsbət inkişaf dinamikasının nümayişi gözlənilir.
Qeyd olunur ki, veb-mühafizə və elektron poçtun təhlükəsizliyinin təmini vasitələri seqmentində artım 12,5 faizə çatacaq. Təhlükəsizlik və boşluqların aşkarlanması analitik sistemi sektorunda artım 11 faiz səviyyəsində gözlənilir. “Endpoint” həllər və identifikasiya alətləri üçün xərclərin 10,4 faiz artacağı proqnozlaşdırılır. Şəbəkə təhlükəsizliyi sahəsində artım 8 faiz, məlumatların mühafizəsi sahəsində isə 6,6 faiz ehtimal olunur.
Nizam Nuriyev
Baxış sayı: 441
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir